23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkarlara kreditlərin ayrılması şərtləri dəyişdirilib

Sahibkarlara kreditlərin ayrılması şərtləri dəyişdirilib

İpoteka və Kredit Zəmanət Fondu ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər çərçivəsində sahibkarların, xüsusilə kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, eləcə də kredit zəmanət mexanizminin təkmilləşdirilməsi və stimullaşdırılmasına dəstək məqsədilə "Sahibkarlıq kreditləri üzrə zəmanətlərin və faiz subsidiyalarının verilməsinin prosedur Qaydaları"na dəyişiklik edib.

Dəyişikliyə əsasən, zəmanət verilməsi üçün müvəkkil bankın təqdim etdiyi sənədlərin siyahısı ilə bağlı kredit məbləği üzrə müvafiq hədd 200 min manatdan 350 min manata qaldırılıb. Bundan başqa, yeni qaydalara görə, təminatın kreditə nisbəti kateqoriyaları borcalanın kredit reytinqi ilə əlaqələndirilir. Başqa sözlə, kredit reytinq modelinə əsasən, yüksək reytinqə malik, yəni risk səviyyəsi aşağı olan sahibkarlıq subyektlərindən təminat tələb olunmur. Bundan başqa, orta risk səviyyəsinə malik sahibkarlıq subyektlərinin təminatına tələblər yumşaldılıb, zəmanət üzrə müraciət zamanı tələb olunan sənədlər sadələşdirilib.

Qeyd olunan dəyişikliklər təminat yetərsizliyi səbəbindən bank kreditlərinə çıxışı olmayan sahibkarlıq subyektləri üçün maneələrin aradan qaldırılmasına, istər say, istər sektor, istərsə də coğrafi baxımdan daha çox sahibkarın maliyyə resurslarına çıxış imkanlarının artırılmasına şərait yaradacaq. Eyni zamanda, yeni qaydalar bankların kredit risklərini sığortalamaqla kredit layihələrinin maliyyələşdirilməsini stimullaşdıracaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası"nın 7.4-cü bəndinə görə, təminatın kreditə nisbəti kateqoriyalarının (aşağı, yuxarı və orta) hədlərini Fondun idarə heyəti müəyyən edir və ona ən azı ildə bir dəfə olmaqla yenidən baxılır.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?