31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Rəqabət prinsipləri və rəqabət qaydalarının təşviqi" mövzusunda seminar keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Regional Rəqabət Mərkəzinin (RCC) birgə təşkilatçılığı ilə “Rəqabət prinsipləri və rəqabət qaydalarının təşviqi" mövzusunda seminar keçirilib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, Dövlət Xidmətinin təşəbbüsü ilə Bakı şəhərində təşkil olunan tədbirə Hollandiya, İtaliya, İspaniya, Albaniya, Şimali Makedoniya, Moldova, Monteneqro, Rumıniya, Bosniya və Herseqovina, Macarıstan, Serbiya, Xorvatiya, Bolqarıstan, Polşa, Litva, Gürcüstan, Qazaxıstan və Qırğızıstanın rəqabət qurumlarının nümayəndələri qatılıb.

Seminar çərçivəsində iştirakçılara ölkəmizdə rəqabətin qorunması sahəsində mövcud vəziyyət, Dövlət Xidməti tərəfindən bu istiqamətdə icra olunan və planlaşdırılan tədbirlər barədə məlumat verilib. Antiinhisar qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı görülən işlərə, Rəqabət Məcəlləsi layihəsinə xüsusi diqqət ayrılıb. Bildirilib ki, bu tədbirlər nəticəsində sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsasları müəyyənləşəcək, istehlakçıların rifahı və hüquqlarının müdafiəsi, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasına nail olunacaq.

Üç gün davam edən tədbir zamanı rəqabət sahəsində tənzimləmə prinsipləri, İtaliya modeli üzrə ənənəvi və rəqəmsal bazarlarda rəqabətin qiymətləndirilməsi istiqamətində müzakirələr həyata keçirilib. Həmçinin təşviqat strategiyalarının icra üsulları və bazar institutlarının gücləndirilməsi, qanunda rəqabət maneələrinin müəyyən olunması və onlarla mübarizə yolları ətrafında fikir mübadiləsi aparılıb. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

Beynəlxalq tədbirin keçirilməsində məqsəd müxtəlif ölkələrlə rəqabət sahəsində qarşılıqlı təcrübə mübadiləsi həyata keçirmək və mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi olub.

Məlumat üçün bildirək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəqabət sahəsi üzrə OECD və RCC ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Beynəlxalq əməkdaşlıq çərçivəsində Dövlət Xidməti nümayəndələrinin il ərzində müxtəlif ölkələrdə keçirilən seminar və təlimlərdə iştirakı təmin edilir.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Regional Rəqabət Mərkəzi (RCC) Şərqi, Cənub-Şərqi və Mərkəzi Avropa regionlarının rəqabət qurumlarının əməkdaşlığı üçün yaradılmış platformadır. Mərkəz rəqabət qanunvericiliyi, siyasəti və təşviqi mövzuları üzrə seminar və təlim proqramları ilə müvafiq qurumlar arasında təcrübə mübadiləsi və əməkdaşlıqların qurulmasına imkan yaradır.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?