19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dünya Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Praysla görüşüb.

İqtisadiyyat naziri Azərbaycanın Dünya Bankı ilə uğurla əməkdaşlıq etdiyini, ölkəmizdə Bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələrinin yüksək qiymətləndirildiyini bildirib. Qeyd olunub ki, Bankla özəl sektorun diaqnostikası, innovasiyalar, rəqəmsal inkişaf, idarəetmə texnologiyalarının inkişafı, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, Azərbaycanda beynəlxalq təcrübənin tətbiqi sahəsində tərəfdaşlıq ölkə iqtisadiyyatının inkişafına töhfələr verib.

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bərpa olunan enerji və “yaşıl” iqtisadiyyata keçid, eləcə də Azərbaycanın icrasında maraqlı olduğu digər layihələr diqqətə çatdırılıb.

Rolande Prays Bankın Azərbaycan hökuməti ilə səmərəli əməkdaşlığını vurğulayıb, əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib, tərəfdaşlığın inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb.

Tərəflər Bankın hazırladığı investisiya layihələrinin indikativ proqramı, 2023-2028-ci illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsi və əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirə aparıblar.

Qeyd: Ölkə Tərəfdaşlıq Çərçivəsi - Dünya Bankı Qrupunun üzv ölkələrin iqtisadiyyatının dayanıqlı inkişafına göstəriləcək dəstəyin əsas məqsədlərini və inkişaf nəticələrini müəyyən edən sənəddir. Sənəd Beynəlxalq Maliyyə Korporasiyası və Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi ilə birgə hazırlanır və üzv ölkələrin milli inkişaf strategiyasında əks olunan inkişaf məqsədləri ilə uyğunlaşdırılır.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?