17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi Şuranın vergi və gömrük qanunvericiliyi aktlarına dəyişikliklərlə bağlı iclası keçirilib

Dünən İqtisadi Şuranın vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklərə həsr olunmuş iclası keçirilib.

İclasın gündəliyində 2024-cü ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış vergi və gömrük sahəsində güzəşt və azadolmaların qiymətləndirilməsi, onun nəticələrinə əsasən vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklər, eləcə də Vergi Məcəlləsinə edilən dəyişiklik layihəsinə sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi inzibatçılığı tədbirlərinin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi üzrə dəyişiklikləri əhatə edən istiqamətlər və digər məsələlər geniş müzakirə olunub.

İclasda maliyyə naziri Samir Şərifovun və iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzələri dinlənilib.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklər barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri