17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sıfır emissiyalı nəqliyyat vasitələri təşəbbüsünə dair vebinar keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Respublikası Energetika Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində Böyük Britaniyanın “Sıfır emissiyalı nəqliyyat vasitələri təşəbbüsü: Azərbaycan üçün imkanlar” mövzusunda vebinar keçirilib.

Mərkəzdən verilən məlumata görə, tədbirin təşkilində əsas məqsəd “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan “Milli iqtisadiyyatda 4-cü Sənaye İnqilabı (4Sİ) texnologiyalarının tətbiqi imkanlarının tədqiq olunması” istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycanda fəaliyyət göstərən şirkət və müəssisələrə “Sıfır emissiyalı nəqliyyat vasitələri təşəbbüsü” haqqında ətraflı məlumat vermək, eyni zamanda bu sahə üzrə Azərbaycanın təcrübəsi ilə tanış olmaqdır.

15 aidiyyəti qurumun 50-dən çox nümayəndəsinin iştirak etdiyi tədbirdə Təmiz Nəqliyyat üzrə Beynəlxalq Şuranın (ICCT) nümayəndələri tərəfindən təqdimat keçirilib və sıfır emissiyalı nəqliyyat vasitələrinin inkişafına təkan verən texnoloji yeniliklər, bu sahədə iqtisadi potensial və təşəbbüsün işləmə mexanizmi, enerjiyə və havanın çirklənməsinin azalması səbəbindən səhiyyə xərclərinə qənaət haqqında ətraflı məlumat verilib.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?