17 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ulyanovskdan 20 ton süd məhsulları idxal olunub

Rusiya Federasiyasının Ulyanovsk vilayətindən Azərbaycana “Beynəlxalq Əməkdaşlıq və İxrac” layihəsi çərçivəsində ümumi çəkisi 20 ton təşkil edən süd məhsulları ixrac edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə Ulyanovsk vilayəti hökuməti sədrinin müavini, Ulyanovsk vilayətinin kənd təsərrüfatı və kənd inkişafı naziri Mixail Semyonkin sosial şəbəkədə məlumat paylaşıb.

O qeyd edib ki, ixrac edilən məhsullar alıcı ölkənin tələblərinə cavab verir və onların keyfiyyəti və təhlükəsizliyi akkreditə olunmuş laboratoriyaların sınaqlarının hesabatları ilə təsdiqlənir.

“Baytarlıq qanunvericiliyinin pozulması halları müəyyən edilməyib”, - M.Semyonkin əlavə edib.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?