1 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elşad Məmmədov: “Ölkədə effektiv sosial paketlər həyata keçirilməkdədir”

Əmək müqavilələrinin sayında böyük rəqəmlərlə ifadə olunan artım, ilk növbədə, son 5 ildə hökumətin bu istiqamətdə gördüyü effektiv tədbirlərlə bağlıdır. Bu fikri iqtisadçı ekspert, professor Elşad Məmmədov “vergiler.az”a açıqlamasında səsləndirib. Onun sözlərinə görə, ötən müddətdə Azərbaycanda əmək münasibətlərinin şəffaflaşdırılması və bu istiqamətdə neqativ halların aradan qaldırılması yönündə ciddi pozitiv addımlar reallaşdırılıb: “Əmək münasibətlərinin şəffaflaşdırılması ilə bağlı müvafiq siyasət əsasən iki istiqamətdən ibarət olub. Bir tərəfdən əmək münasibətlərinin leqallaşdırılması ilə bağlı aidiyyəti üzrə birbaşa tədbirlər görülür. Yəni bununla bağlı müvafiq dövlət qurumunun fəaliyyətindəki şəffaflıq nəticəsində faktiki olaraq bu sahədə neqativ hallarla barışmaz mübarizə işəgötürənlər və işçi qüvvəsi arasında münasibətlərin leqallaşdırılmasına, qanuni müstəviyə salınmasına xidmət edir. İkinci istiqamət isə müvafiq təkanverici stimullaşdırıcı tədbirlərdir. Məlumdur ki, ölkədə effektiv sosial paketlər həyata keçirilməkdədir və bunun nəticəsində əməkhaqqı fondu artır. Digər tərəfdən, sosial təminat, pensiya təminatı gücləndirilir və bu da nəticə etibarilə əmək resurslarını motivasiya etməklə qeyri-leqal fəaliyyəti aradan qaldırır. Özəl sektorda tətbiq olunan vergi güzəştləri də stimullaşdırıcı tədbirlərdəndir”.

Hər iki istiqamət üzrə görülən tədbirlərin öz məntiqi nəticələrini göstərdiyini deyən E.Məmmədov hesab edir ki, bu, bütövlükdə həm ölkənin büdcə daxilolmalarına müsbət təsir göstərməli, həm də onun davamı olaraq sosial xərclərin artırılmasına müvafiq təkanverici amil kimi çıxış etməlidir: “Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda sosial müdafiə yönümlü tədbirlərin davamlı olaraq həyata keçirilməsi əmək münasibətlərinin şəffaflaşdırılması və leqallaşdırılması prosesinə təkan verməkdədir”.

Xatırladaq ki, 2023-cü il sentyabr ayının 1-nə ölkə üzrə əmək müqavilələrinin sayı 1.752,8 minə çatıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və bu sahədə şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 350,9 min sayda artıb. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 331 min artaraq 871 minə yaxın olub.

Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?