7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına təsir edən mənfi amillər mövcuddur

Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına təsir edən mənfi amillər mövcuddur

Dünyada baş verən proseslər Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına kifayət qədər mənfi təsir göstərir.

Bu barədə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq" mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

“BMT platformalarında aparılan müzakirələrdə də hər kəsi düşündürən bir sual var. 2023-cü ildə 15 illik dövrü əhatə edən Dayanıqlı İnkişaf Məqsədlərinin yarısını qət edə bilmişik? Bu sualın cavabı, təəssüf ki, neqativdir. Çünki pandemiyanın, digər siyasi proseslərin yaratdığı fəsadlar, iqtisadi sferada baş verən neqativ şoklar dayanıqlı inkişaf məqsədlərinin icrası prosesinə hazırda da mənfi təsirini göstərir", - deyə Hüseyn Hüseynov qeyd edib.

Şöbə müdiri bildirib ki, BMT-nin hesablamalarına görə, mövcud tendensiyalar davam edərsə, qarşıdakı illərdə təxminən 600 milyon insanın ifrat yoxsulluq həddinə düşmə riski var: "Bu vəziyyətin yaranması ifrat yoxsulluq həddində yaşayan insanların sayının artımına təsir edəcək, səhiyyə, təhsil və sosial xidmətlərə çıxış imkanlarında məhdudiyyətlərin yaranması ilə nəticələnəcək. Baş verən digər proseslərdən biri yüksək inflyasiyanın qlobal olaraq iqtisadi riskləri artırmasıdır. Bu risklər xüsusilə sosial cəhətdən həssas əhali qrupunun gəlir əlçatanlığının azalması ilə nəticələnir. Bütün bu göstəricilər Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına öz neqativ təsirlərini göstərir".

AZƏRTAC

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?