24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ITFC-nin baş icraçı direktoru ilə görüş keçirilib

ITFC-nin baş icraçı direktoru ilə görüş keçirilib

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (ITFC) baş icraçı direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) rəhbəri Hani Salem Sonbol ilə görüşüb.

Görüşdə Azərbaycanın İslam İnkişaf Bankı, həmçinin İİB Qrupuna daxil olan institutlarla uğurla əməkdaşlıq etdiyi vurğulanıb və bu tərəfdaşlığa uyğun olaraq özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərilən dəstəyin yüksək qiymətləndirildiyi qeyd edilib. Azərbaycanın ITFC və ICD ilə əlaqələrin genişlənməsində maraqlı olduğu, işğaldan azad edilmiş ərazilərimizin bərpası sahəsində əməkdaşlıq imkanları diqqətə çatdırılıb, bu ərazilərdə dayanıqlı infrastruktur şəbəkəsinin qurulması ilə bağlı layihələrin dəstəklənməsinin önəmi bildirilib.

Görüşdə bərpa olunan enerji, dövlət-özəl əməkdaşlığı layihələri, KOB-ların inkişaf proqramları, ITFC-nin “Ticarətə Qoşulma Mərkəzi Asiya+” layihəsi çərçivəsində Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq, İslam Maliyyəsi alətlərindən istifadə, ölkəmizdə iqtisadi zonalarda qeydiyyatdan keçmiş rezidentlərlə ICD arasında əməkdaşlıq kimi məsələlər müzakirə olunub.

Qeyd: “Ticarətə Qoşulma Mərkəzi Asiya+” layihəsinin məqsədi ITFC-nin dəstəyi ilə üzv ölkələr arasında ixracın artımı, eləcə də ticarət sahəsində potensialın reallaşdırılmasından ibarətdir. Proqram çərçivəsində Korporasiyanın MDB regionundakı üzv ölkələrində ticarət sahəsində texniki yardım və təşviq tədbirləri nəzərdə tutulur. Bu mexanizmlər iqtisadi inteqrasiya, inklüziv iqtisadi artım, ixrac imkanlarının genişləndirilməsi, eləcə də rəqabət qabiliyyətliliyin yüksəldilməsinə hədəflənib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması