26 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daşıma fəaliyyəti ilə məşğul olan sahibkarlar və kuryerlərlə görüş keçirilib

“Bakı KOB evi”ndə daşıma fəaliyyəti ilə məşğul olan sahibkarlar və kuryerlərlə növbəti görüş keçirilib.

KOBİA-dan verilən məlumata görə, görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov və 50-yə yaxın daşıma fəaliyyəti ilə məşğul olan sahibkar və onların təmsilçiləri, eləcə də kuryerlər iştirak ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov daşıma ilə bağlı biznes fəaliyyətinin son zamanlar genişləndiyini və bu sahədə fəaliyyət göstərən şirkətlərin sayının artdığını qeyd edib. Bildirilib ki, daşıma sektorunda çalışanların – kuryerlərin sayında da artım müşahidə edilir və onların əksəriyyəti gənclərdir.

O.Məmmədov kuryerlərin təşkilatlanması və qarşılaşdıqları çətinliklərin müvafiq qurumlara daha rahat çatdırılması üçün assosiasiyanın yaradılması məsələsinin nəzərdən keçirilməsini təklif edib.

AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov qurumun daşıma fəaliyyəti ilə məşğul olan sahibkarlar və kuryerlərlə yaxından əməkdaşlıq etdiyini, prosesin qida təhlükəsizliyinin tələblərinə əməl olunmaqla idarə edilməsi məqsədilə artıq təlimlərə başlanıldığını bildirib. Qeyd olunub ki, məhsulların təhlükəsizliyinə istehsalçı ilə yanaşı, onların daşınmasını və istehlakçıya çatdırılmasını həyata keçirən daşıma şirkətləri və kuryerlər də cavabdehlik daşıyır. Bu məqsədlə AQTA tərəfindən praktik xarakter daşıyan ödənişsiz təlimlərə başlanılıb. Təlimlər bütün kuryerləri əhatə etməklə mərhələli şəkildə həyata keçiriləcək. Bu sahədə KOBİA ilə birgə də tədbirlərin reallaşdırılması nəzərdə tutulur.

Görüşdə daşıma fəaliyyəti ilə məşğul olan şirkətlərin və kuryerlərin qarşılaşdıqları çətinliklərə və onların həlli yollarına, bu sahədə KOBİA və AQTA-nın birgə dəstəyinə dair müzakirələr aparılıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?