14 Sentyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bank olmayan kredit təşkilatları ilə bağlı yeni layihə

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) nizamnamə kapitalında mühüm iştirak paylarının məhdudlaşdırılması proseduru müəyyənləşir. Bu, "Bank olmayan kredit təşkilatları haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, hər hansı şəxs BOKT-un nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən nizamnamə kapitalındakı mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə mühüm iştirak payını artıraraq səsvermə hüququ olan iştirak paylarının və ya nizamnamə kapitalının 20 faizinə, 33 faizinə, 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə, yaxud BOKT-un həmin şəxsin törəmə strukturuna çevrilməsinə gətirib çıxaran iştirak payını müəyyən olunmuş qaydada əldə edə biləcək.

Beləliklə, BOKT kapitalında mühüm iştirak payı olan şəxsin başqa hüquqi şəxsin kapitalında mühüm iştirak payını əldə etməsi və ya artırması barədə xəbər tutduqdan sonra dərhal bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına yazılı bildiriş göndərməlidir. O cümlədən BOKT kapitalında mühüm iştirak payı olan hüquqi şəxsin kapitalında hər hansı şəxsin mühüm iştirak payı əldə etməsi və ya artırması barədə xəbər tutduqdan sonra dərhal bu barədə Palataya yazılı bildiriş göndərməlidir. Mühüm iştirak payının alınması üçün BOKT-un səlahiyyətli idarəetmə orqanı müraciəti və qərarı ilə birlikdə müvafiq sənədləri Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidir.

Layihədə qeyd edilir ki, BOKT-un kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus səs hüquqlarını və ya nizamnamə kapitalındakı payını 20 faizdən, 33 faizdən və ya 50 faizdən aşağı səviyyəyə endirməzdən əvvəl bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına yazılı məlumat verməlidir.

Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən parlamentin növbədənkənar sessiyasının iclasına tövsiyə edilib.

VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiQeyri-rezidentə göstərilən xidmət ƏDV-yə cəlb olunurmu? VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiXaricə elektron kitab satışı üçün vergi öhdəlikləri VergiVəsaitlər əvəzləşdirilən zaman məbləğlərin gəlir və xərc kimi göstərilməsi VergiƏlilliyi olan şəxslərin hansı vergi güzəştləri mövcuddur? VergiYemək xərclərinə görə hesablanan sığorta haqları gəlirdən çıxılırmı?