15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstana səfər edib

Macarıstanın Baş naziri Viktor Orban bu ölkədə səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.

Qəbulda Macarıstanla aparılan müzakirələrin vacibliyi vurğulanıb, əldə edilən razılaşmaların uğurla həyata keçirilməsindən məmnunluq ifadə olunub, Azərbaycan-Macarıstan münasibətlərinin inkişaf dinamikası, iqtisadi əməkdaşlığın perspektivləri və birgə layihələr üzrə tərəfdaşlığın səmərəli nəticələri barədə fikir mübadiləsi aparılıb.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və iqtisadi inkişaf naziri Marton Nadın da iştirak etdiyi görüşdə Viktor Orban ölkəsinin enerji təhlükəsizliyi baxımından Azərbaycanla əməkdaşlığının əhəmiyyətinə toxunub, həmçinin bir sıra Macarıstan şirkətlərinin fəaliyyətinin Azərbaycanda uğurla genişləndiyini, digər macar şirkətlərinin də Azərbaycanda investisiya planlarının gündəlikdə olduğunu qeyd edib.

Qeyd edilib ki, tərəfdaşlığın genişlənməsinə qarşılıqlı marağın göstəricisidir ki, Azərbaycan-Macarıstan ticarət dövriyyəsi artır, faydalı investisiya əməkdaşlığı həyata keçirilir. Bildirilib ki, energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin gücləndirilməsi üçün imkanlar böyükdür və hər iki ölkə bu potensialın reallaşdırılması üçün zəruri tədbirlər görür.

Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Tərəflər Azərbaycan-Macarıstan əlaqələrinin strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını, hər iki ölkə rəhbərliyinin əməkdaşlığın inkişafına, mövcud potensialdan səmərəli istifadəyə xüsusi önəm verdiklərini vurğulayıblar.

Görüşdə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının imkanları barədə də məlumat verilib, Macarıstan şirkətləri ölkəmizin əlverişli biznes mühitindən, tranzit potensialından yararlanmağa dəvət edilib.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?