22 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Astana və Ankara Transxəzər marşrutu ilə tədarükü artırmağı planlaşdırır

Qazaxıstan və Türkiyə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TİTR) istifadəni aktivləşdirmək və ondan istifadə etməklə malların tədarükünü artırmaq niyyətindədirlər.

vergiler.az”ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan Baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu türkiyəli həmkarı Hakan Fidan ilə Astanada apardığı danışıqlardan sonra bildirib.

“Dünyada mürəkkəb geosiyasi və geoiqtisadi vəziyyət hökm sürür, bu baxımdan biz nəqliyyat və tranzit sahəsində imkanların daha da artırılmasına yönəlmişik. Xüsusən də belə qənaətə gəldik ki, TİTR-in potensialından tam istifadə etməklə daşımaları artırmaq lazımdır”, o deyib.

Qeyd edək ki, TİTR Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə keçir. Dəmir yolu və dəniz nəqliyyatı ilə konteyner daşımalarını həyata keçirir.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?