12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ceyhun Bayramov: “Zəngəzur dəhlizi vasitəsilə Orta Dəhlizə əlavə 5-8 milyon ton karqo göndərilə bilər”

“Kommunikasiyaların açılması çox vacibdir, çünki nəqliyyat əlaqələri, ticarət və sairə təkcə tərəflərə fayda və gəlir gətirmir, eyni zamanda, regionda sülh prosesini dönməz edir. Belə ki, ölkələr bir-birinə sıx bağlı olur. Eyni zamanda, təkcə bizim regionda deyil, həm də Ukraynadakı müharibə də diqqətə alınmaqla onun hüdudlarından kənarda baş verən geosiyasi proseslər bizə Şərq və Qərbi birləşdirən yeni nəqliyyat marşrutlarının açılmasını diktə edir”.

Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və “Magyar Demokrata” macar nəşrinə müsahibəsində Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanla danışıqların hazırkı vəziyyətindən danışarkən deyib.

C.Bayramov qeyd edib ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz yolun açılması 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın bir hissəsidir: “Marşrutlara həm Avropa İttifaqı, həm də Mərkəzi Asiya dövlətləri və daha sonra Şərq tərəfindən güclü tələbat var. Bu mənada Azərbaycan ərazisindən keçən Orta Dəhlizin əhəmiyyəti böyükdür. Təkcə ötən il bizim ölkəmizdən yük axını 70 faiz artıb. Tələbat çoxdur”.

Nazir xüsusi vurğulayıb ki, Zəngəzur dəhlizi Şərq-Qərb yolunda elementlərdən biridir: “Ekspertlər müəyyən ediblər ki, Zəngəzur dəhlizi vasitəsilə Orta Dəhlizə əlavə 5-8 milyon ton karqo göndərilə bilər. Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də digər ölkələr üçün çox faydalıdır”.

Ermənistanın öz üzərinə yüklərin, vətəndaşların və nəqliyyat vasitələrinin maneəsiz hərəkətinə qarantiya vermək öhdəliyini götürdüyünü xatırladan C.Bayramov bu ölkənin qeyri-konstruktiv yanaşmalarını diqqətə çatdırıb: “Bu ölkə özünü gəlirlərdən məhrum edir, hərçənd bütün ölkələr arasında məhz onun öz iqtisadi vəziyyətini düzəltməyə və izolyasiyadan çıxmağa ehtiyacı var”.

Azərbaycan XİN-in başçısı müsahibənin sonunda bildirib ki, bu cür yanaşma İrəvanı öz iqtisadiyyatını qaydaya salmaq üzrə daha bir imkandan məhrum edəcək. Çünki yol, sadəcə olaraq, Ermənistandan yan keçə bilər. Azərbaycan isə “B” planına malik olan ölkə kimi, bu istiqamətdə işi davam etdirəcək. Onun üçün layihə Ermənistanın iştirakı olmadan da həyata keçirilə bilər, amma belə olan təqdirdə İrəvan bundan zərər çəkəcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?