2 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İslam İnkişaf Bankının Azərbaycanda layihələrə verdiyi dəstək yüksək qiymətləndirilib

İslam İnkişaf Bankının ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində həyata keçirdiyi layihələrə verdiyi dəstək yüksək qiymətləndirilib. “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu fikir energetika naziri Pərviz Şahbazovun ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının rəhbəri Oussama Kaissinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib.

Görüşdə Azərbaycanla İslam İnkişaf Bankı arasında uğurlu və səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn strateji hədəflər, işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan layihələr və “yaşıl enerji” zonasının yaradılması, enerji səmərəliliyi, bərpa olunan enerji sahəsinin inkişafı istiqamətində görülən tədbirlər haqqında məlumat verilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?