17 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat naziri Mikayıl Cabbarov “TotalEnergies” şirkətinin baş icraçı direktoru ilə görüşüb

İqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüblər.

Görüşdə ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan beynəlxalq əhəmiyyətli iri neft-qaz layihələrinin önəmi qeyd edilib, SOCAR-la “TotalEnergies” arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Vurğulanıb ki, Azərbaycanın biznes və investisiya mühitinin əlverişliliyi, xarici şirkətlərin bu baxımdan ölkəmizə olan yüksək marağı beynəlxalq tərəfdaşlarla regional və qlobal miqyasda mühüm layihələri reallaşdırmağa imkan verir.

Qeyd olunub ki, “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi ölkəmizin istehsal imkanlarını artırmaqla yanaşı, dünya miqyasında enerji ekosistemində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirəcək.

Tərəflər neft-qaz sektorunda tərəfdaşlığın genişləndirilməsi, perspektiv layihələr, həmçinin bərpaolunan enerji istehsalı sahəsində əməkdaşlıq barədə də müzakirələr aparılıb.

VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?