4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sənaye zonalarına sahibkarların marağı böyükdür

Sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına təkan vermək məqsədilə yaradılan sənaye zonalarına sahibkarlar tərəfindən böyük maraq göstərilir. 2023-cü ilin 7 ayı ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 19 sahibkarlıq subyektinə rezident statusu verilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, qeydiyyata alınan rezidentlər tərəfindən ümumilikdə 244 milyon manatdan artıq investisiyanın yatırılması, 1500-dən çox iş yerinin yaradılması planlaşdırılır.

İndiyədək sənaye zonalarında 134 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 68-i fəaliyyətə başlayıb. Sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,18 milyard manatdır.

Sahibkarlar tərəfindən artıq bu günədək 6,56 milyard manatdan çox investisiya yatırılıb və 10 600-dən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 690 milyon manata yaxın investisiyanın yatırılması, 5200-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Sənaye zonalarında bugünədək ümumilikdə 10,23 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,35 milyard manatlıq hissəsi ixrac olunub. “Made in Azerbaijan” brendi adı ilə dünyanın 60-a yaxın ölkəsinə ixrac həyata keçirilir. Cari ilin I yarısında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 1,4 milyard manatlıq məhsul satılıb ki, bunun 33,6 faizlik hissəsi ixracın payına düşür.

Qarabağın bərpası, dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında indiyədək investisiya kapitalı 200 milyon manatdan çox olan 31 sahibkarlıq subyektinə rezidentlik və qeyri-rezidentlik statusu verilib. Bu sahibkarlıq subyektləri tərəfindən 2000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması