23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rusiya şirkəti payızda Azərbaycanda avtomobil istehsalına başlayacaq

Rusiya şirkəti payızda Azərbaycanda avtomobil istehsalına başlayacaq

Rusiyanın “Sollers” avtomobil istehsalçısı bu ilin payızında Azərbaycanın “Azərmaş” zavodunda avtomobil istehsalına başlayacaq.

"vergiler.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Sollers Alabuga” şirkətinin satış və marketinq direktoru Marat Şarapov məlumat verib.

"Biz bu yaxınlarda Azərbaycanla əməkdaşlığın inkişafı ilə bağlı müqavilə bağlamışıq. Payızda bu layihənin rəsmi açılışını edəcəyik. Bu, bizim ilk ixrac bazarımız olacaq", - M.Şarapov deyib.

O əlavə edib ki, şirkətin digər ölkələrin bazarlarına da çıxmaq planları var.

Qeyd edək ki, bu ilin may ayında “Sollers” və “Azərmaş” arasında müqavilə imzalanıb ki, bunun əsasında Rusiya avtomobil istehsalçısı Azərbaycan müəssisəsinin zavodunda Rusiya komponentlərindən istifadə etməklə yüngül kommersiya avtomobillərinin istehsalına başlayacaq.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması