15 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanla Qazaxıstan birgə müəssisə yaradıb

Azərbaycanın “AzerTelecom” və Qazaxıstanın “Kazakhtelecom” telekommunikasiya şirkətləri Xəzər dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan marşrutu üzrə Transxəzər fiber-optik kabel xəttinin tikintisi və istismarına cavabdeh olan birgə müəssisə yaradıblar.

"AzerTelecom" şirkətindən verilən məlumata görə, müəssisə “Rəqəmsal İpək Yolu” layihəsinin əsas elementinin – Asiya və Avropa arasında multi-terabitlik məlumat həcmlərinin ötürülməsini təmin edəcək Transxəzər fiber-optik kabel xəttinin yaradılmasına sərmayə yatıracaq.

Hazırda kabel xəttinin yüksək səviyyəli dizayn layihəsi hazırlanıb, detallı yol xəritəsi təsdiq edilib. Tədqiqat işləri bitdikdən sonra optik xəttin tikintisi aparılacaq.

Kabel xəttinin dəniz dibi ilə uzunluğu 380 km, ötürmə qabiliyyəti isə 400 terabit/s təşkil edəcək.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?