3 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

11 mindən çox ölçmə vasitəsi yoxlamaya cəlb olunub

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət idarə, müəssisə və təşkilatlarında metroloji nəzarət tədbirləri davam etdirilir. Dövlət Xidmətindən verilən məlumata əsasən, cari ilin yanvar ayından etibarən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, “Azərişıq” ASC, “Azərsu” ASC, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Hava Yolları” QSC-nin tabeliyində olan müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin (cihaz, avadanlıq, alət və qurğuların) metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması məqsədilə monitorinqlər həyata keçirilir.

Həmin qurumların nümayəndələrinin də iştirakı ilə keçirilən monitorinqlər nəticəsində ümumilikdə “Azərişıq” ASC-nin tabeliyində olan 2 müəssisədə 12 ölçmə vasitəsi, “Azərsu” ASC-nin tabeliyində olan 7 müəssisədə 259 ölçmə vasitəsi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 16 sınaq laboratoriyasında 516 ölçmə vasitəsi, “Azərbaycan Hava Yolları” QSC-nin tabeliyində olan 5 müəssisədə 165 ölçmə vasitəsi, “Bakı Metropoliteni” QSC-də 6713 ölçmə vasitəsi, “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan 59 müəssisədə 3481 ölçmə vasitəsi yoxlamaya cəlb olunub.

Hazırda Dövlət Xidməti tərəfindən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində olan müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması istiqamətində monitorinqlərə başlanılıb, “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan müəssisələrdə isə monitorinqlər davam etdirilir.

VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?