24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ruslan Saralinov: "Azərbaycan və Qırğızıstan arasında iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib"

Son illər Azərbaycan və Qırğızıstan arasında iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib.

Bu sözləri “Azərbaycan iqtisadiyyatı” “Telegram” kanalına qırğız ekspert, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Qırğızıstan Respublikasında ticarətin liberallaşdırılması və gömrük islahatları (RTLC)” layihəsinin “İxrac tərəfdaşlığı” təşəbbüsünün meneceri Ruslan Saralinov deyib.

Onun sözlərinə görə, Azərbaycandan Qırğızıstana əsas ixrac məhsulları mineral məhsullar, maşın və nəqliyyat avadanlıqlarıdır. Qırğızıstandan Azərbaycana kənd təsərrüfatı məhsulları, metallar və kimyəvi maddələr verilir.

Ekspert xatırladıb ki, Qırğızıstan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olsa da, bu, məhdudlaşdırıcı amil sayıla bilməz: “Çünki ölkələr arasında ticarət müxtəlif sazişlərlə tənzimlənir - onlar maneələri yumşaltmağa və ixrac və idxal prosedurlarını asanlaşdırmağa kömək edə bilər”.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında ölkəmizin Qırğızıstan ilə ticarət dövriyyəsi 21,64 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 4,8 dəfə çoxdur. Ticarət dövriyyəsinin 90%-ni (19,4 milyon dollar) Azərbaycandan qeyri-neft və qaz məhsullarının ixracı təşkil edir.

2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 10,81 milyon dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə təxminən 20% çoxdur. Ötən il Qırğızıstana ixrac 4,7 milyon dollar, idxal isə 6,07 milyon dollar təşkil edib.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?