17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“4Sİ Akademiyası” layihəsinə start verilir

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-ın “Coursera” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində “4Sİ Akademiyası” layihəsinə start verilir.

Mərkəzdən “vergiler.az”a verilən məlumata görə, “Coursera” 100 milyondan çox insanın təhsil aldığı, 7000-dən çox kursun tədris olunduğu onlayn təhsil platformasıdır. Platformada dünyanın Harvard, Stenford, Dyuk, Miçiqan, London kimi 300-ə yaxın ən nüfuzlu universitetinin sahəvi kursları ilə yanaşı, bakalavr və magistr ali təhsil dərəcəsinə bərabər proqramları da tədris olunur. Bu platformada həmçinin, Google, IBM, Microsoft, Amazon, Meta kimi qabaqcıl texnologiya şirkətlərinin karyera və şəxsi inkişafa yönəlik kursları da mövcuddur.

Proqram dövründə tədris dili ingilis dilində olmaqla 4Sİ texnologiyaları, o cümlədən Süni İntellekt, Maşın Öyrənməsi, Böyük Verilənlər (Big Data), Data Analitika, Blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 800-ə yaxın kursdan yararlanmaq mümkün olacaq.

Layihənin məqsədi ölkədə Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

Pilot layihə çərçivəsində müraciətlərin qəbulu 23 avqust 2023-cü il tarixindən başlayacaq, 7 sentyabr 2023-cü il tarixində isə başa çatacaq. Seçilmiş 10 minə yaxın şəxs 15 sentyabr 2023-cü il tarixindən etibarən 1 il ərzində dünyanın nüfuzlu universitetlərinin və şirkətlərinin təqdim etdiyi tədris proqramlarından 6 həftə ərzində növbəli şəkildə ödənişsiz təhsil almaq imkanı əldə edəcək.

Kursları uğurla bitirən şəxslər sonda oxuduqları proqrama uyğun olaraq “Coursera” platforması tərəfindən sertifikat ilə təltif olunacaqlar.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri