9 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Saken Mukan: “Mərkəzi Asiya və Qafqazın iqtisadiyyatları qlobal çağırışlara davamlılıq nümayiş etdirir”

Ötən il Mərkəzi Asiya və Qafqaz ölkələrinin iqtisadiyyatları dayanıqlı olub və müxtəlif şoklara baxmayaraq, artım nümayiş etdirib.

Bu sözləri “vergiler.az”a qazaxıstanlı politoloq, Qazaxıstan Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin media kommunikasiyası və tarixi kafedrasının professoru Saken Mukan deyib.

Onun sözlərinə görə, 2022-ci ildə Qazaxıstan və Qırğızıstanda inflyasiya sürətlənib, Özbəkistanda isə sabit səviyyədə qalıb. Regionun bir sıra digər ölkələrində olduğu kimi, Azərbaycanda da inflyasiya prosesləri tədricən səngiyib.

“Regionda inflyasiyanın dinamikasını şərtləndirən əsas amillərdən biri əməkhaqqıdır. Əksər ölkələrdə nominal əməkhaqqı artımı inflyasiyadan daha sürətli olub ki, bu da inflyasiyanın davamlılığını artıra və pul siyasətinin aparılmasını çətinləşdirə bilər”, deyə, o qeyd edib.

Ekspert əlavə edib ki, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2023-2024-cü illərdə qlobal inflyasiya zəifləyəcək, lakin bu azalma ölkələr üzrə qeyri-bərabər olacaq: Neft ixrac edən ölkələrdə inflyasiya bir qədər azalacaq,, idxal edən ölkələrdə isə bu göstərici kəskin enəcək.

“Bu, dünya bazarında xammal qiymətlərinin aşağı düşməsi, monetar sərtləşdirmənin gecikmiş təsiri və bir sıra ölkələrin milli valyutalarının möhkəmlənməsinin davam etməsi nəticəsində mümkün olacaq”, - deyə o bildirib.

Ekspert bölgə üçün əsas risk faktorları arasında Rusiyada iqtisadiyyatın zəifləməsi, pul köçürmələrinin azalması, eləcə də təchizat zəncirlərindəki fasilələr kimi faktorları qeyd edib

Tamilla MƏMMƏDOVA

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?