17 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

7 ayda 56,7 min nəqliyyat vasitəsi idxal edilib

Bu ilin yanvar-iyul ayları ərzində ölkəyə ümumilikdə 900,59 milyon dollar dəyərində 56,7 min nəqliyyat vasitəsi idxal edilib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəricilərindən dəyər olaraq 66,3 faiz, say baxımından 37,2 faiz çoxdur.

İdxal edilən nəqliyyat vasitələrinin 20,7 faizini hibrid, 6,8 faizini isə yalnız elektrik mühərrikli nəqliyyat vasitələri (elektromobillər) təşkil edib. Ötən ilin yanvar-iyul aylarının göstəricilərinə nisbətdə avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 7,4 faiz bəndi, elektromobillərin payı isə 5,8 faiz bəndi artıb.

Ümumilikdə cari ilin ilk yeddi ayında ölkəyə 186,5 milyon dollar dəyərində 8,4 min hibrid avtomobil idxal olunub ki, bu da 2022-ci ilin eyni göstəricilərindən dəyər olaraq 2,6 dəfə, say baxımından isə 19,2 faiz çoxdur.

Bununla yanaşı, hesabat dövründə 61,3 milyon dollarlıq 1492 elektromobil idxal olunub. Bu isə ötən ilin yanvar-iyul aylarının göstəricilərini müvafiq olaraq 11 və 8 dəfə üstələyir.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?