25 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yaşıl enerji sahəsində fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri Laçına səfər ediblər

Azərbaycanda müvafiq sahədə fəaliyyət göstərən "Masdar", "ACWA Power" və "Gezhouba Group" şirkətlərinin nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər ediblər.

Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, səfər çərçivəsində əvvəlcə Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovla görüş keçirilib. Görüşdə Laçın rayonunda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilən layihələr, rayonun Minkənd ərazisində külək elektrik stansiyasının tikintisi üçün nəzərdə tutulan ərazilər barədə fikir mübadiləsi aparılıb. Bioenerji, enerji səmərəliliyi, binalarda günəş enerjisindən istifadə ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib, günəş və külək elektrik stansiyalarının tikintisi ilə bağlı məsələlər müzakirə edilib. Bərpa olunan enerji sahəsində milli kontentin yaradılmasının xüsusi maraq kəsb etdiyi vurğulanıb.

Bildirilib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə Laçın və Kəlbəcər rayonlarında külək enerjisi potensialının yüksək olduğu nəzərə alınaraq bu ərazilərdə külək elektrik stansiyalarının tikintisi planlaşdırılır.

"Masdar", "ACWA Power" və "Gezhouba Group" şirkətlərinin nümayəndələri işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji layihələrinə investisiya yatırmaqda maraqlı olduqlarını bildirib. Tərəflər arasında növbəti görüşlərin keçirilməsi və müzakirələrin aparılmasına qərar verilib.

Səfər zamanı nümayəndə heyəti Zəngilan rayonunda "ağıllı kənd” konsepsiyası əsasında salınmış Ağalı kəndində də olublar.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?