17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yaşıl Kart Sistemi üzrə sığorta haqlarının yığımında 6 dəfəyədək artım qeydə alınıb

Bu ilin yanvar-iyun ayları ərzində Yaşıl Kart Sistemi çərçivəsində 29,5 mindən çox sığorta müqaviləsi rəsmiləşdirilərək 7,33 milyon manatdan artıq sığorta haqqı toplanılıb.

İcbari Sığorta Bürosundan “vergiler.az”a verilən məlumata görə, ötən ilin eyni dövrünə nisbətdə sığorta müqavilələrin sayında 2,4 dəfə, sığorta haqları üzrə isə təqribən 5,8 dəfə artım qeydə alınıb.

2023-cü ilin ilk 6 ayı ərzində Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələri üçün təqribən 9 min sığorta müqaviləsi rəsmiləşdirilib və 5 milyon manata yaxın sığorta haqqı toplanıb. Həmin sığorta müqavilələrinin təqribən 7 min ədədi Qazaxıstan, 2 min ədədi isə Gürcüstan qeydiyyatında olan nəqliyyat vasitələrinə münasibətdə tərtib olunub. Müvafiq dövrdə Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələrinin törətdikləri hadisələr üzrə 2,5 min manat sığorta ödənişi həyata keçirilib.

Ölkə ərazisində satılan Yaşıl Kart sığorta müqavilələrinin sayı və sığorta haqlarının müqayisəsi isə onu göstərir ki, 6 aylıq nəticələrə əsasən sığorta müqavilələrinin sayında 67 faiz, sığorta haqlarında isə 97 faiz artım olub. 2023-cü ilin müvafiq dövründə təqribən 21 min sığorta müqaviləsi rəsmiləşdirilib və həmin müqavilələr üzrə 2,5 milyon manat civarında sığorta haqqı yığılıb. 2023-cü ilin ilk 6 ayı ərzində 164 yol-nəqliyyat hadisəsinə görə 550 min manata yaxın sığorta ödənişi həyata keçirilib. Ötən ilin müvafiq dövrünə nisbətdə yol-nəqliyyat hadisələrin sayında 40,2 faiz, sığorta ödənişi üzrə isə 89,6 faiz artım qeydə alınıb.

Cari ilin yanvar-iyun ayları ərzində ölkə daxilində 29 Yaşıl Kart hadisəsi üzrə 59 min manat sığorta ödənişi həyata keçirilib. Xaricdən gələn nəqliyyat vasitələrinin Azərbaycanda törətdikləri yol nəqliyyat hadisələri üzrə həyata keçirilən sığorta ödənişlərdə 40 faiz artım müşahidə edilib.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri