12 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pərakəndə kompüter satışları 15 faizdən çox artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 327,1 milyon manat xərclənib.

"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 15,3 faiz və ya 43,5 milyon manat çoxdur.

Cari ilin iyul satışlarının dəyəri isə iyun göstəricisi ilə müqayisədə 900 min manat və ya 1,7 faiz artaraq 53,9 milyon manat təşkil edib.

Qeyd edək ki, bu ilin ilk yeddi ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,1 faizi kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi