30 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 24,3 faiz artıb

Bu ilin yanvar-iyul aylarında əsas kapitala 9114,9 milyon manat məbləğində, yaxud 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz çox vəsait yönəldilib.

vergiler.az” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 15 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 24,3 faiz artıb. İstifadə olunan vəsaitin 5045,0 milyon manatı və ya 55,3 faizi məhsul istehsalı sahələrinə, 3600,5 milyon manatı (39,5 faizi) xidmət sahələrinin, 469,4 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilən vəsaitlərin 6877,5 milyon manatını və ya 75,5 faizini daxili vəsaitlər təşkil edib. Vəsaitlərin 6679,0 milyon manatı və ya 73,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilən vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 44,7 faiz, büdcə vəsaitləri 39,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 3 faiz, sair vəsaitlər isə 5,9 faiz təşkil edib.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?