31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağstafada “Rusiya-Azərbaycan Tarla Günü 2023” kənd təsərrüfatı texnikası sərgisi keçiriləcək

25-26 avqust tarixlərində Ağstafa rayonunda “Rusiya-Azərbaycan Tarla Günü 2023” kənd təsərrüfatı texnikası sərgisi keçiriləcək.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “vergiler.az”a verilən məlumata görə, Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin təşkilatçılığı və Rusiya İxtisaslaşmış Texnika və Avadanlıq İstehsalçıları Assosiasiyasının dəstəyi ilə Azərbaycanda ikinci dəfə keçirilən “Rusiya-Azərbaycan Tarla Günü” sərgisində Rusiyanın 14 aparıcı kənd təsərrüfatı müəssisəsi ən qabaqcıl kənd təsərrüfatı texnikası və avadanlıqları ilə 800 m2 ərazidə iştirak edəcəklər. Tədbir çərçivəsində Azərbaycan sahibkarlarına texnikaları sınaqdan keçirmək imkanı yaradılacaq.

Qeyd edək ki, builki “Rusiya-Azərbaycan Tarla Günü” yeni formatda - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Agroinnofest” festivalı ilə birlikdə keçiriləcək. Tədbir Ağstafa aqrar-sənaye kompleksinin ərazisində baş tutacaq.

“Rusiya-Azərbaycan Tarla Günü 2023” sərgisində iştirak etmək istəyən sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?