10 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Rusiyadan kartof çipsi idxal edən ilk 5 ölkə sırasına daxil olub

2022-ci ildə Rusiya Azərbaycana 14,3 milyon dollar dəyərində 3,6 min ton kartof çipsi ixrac edib ki, bu da 2021-ci ilin göstəricilərini həcm ifadəsində 20 faiz, dəyər olaraq isə 2,4 dəfə üstələyib.
vergiler.az” Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin Aqro-Sənaye Məhsullarının İxracının İnkişafı üzrə Federal Mərkəzinin (Aqroeksport) araşdırmasına istinadən xəbər verir ki, ötən il Azərbaycan Rusiyadan bu kateqoriyadan olan məhsulların əsas idxalçı ölkələri sırasında olub.

Dəyər strukturunda 2022-ci ildə Rusiya kartof çiplərinin əsas alıcıları Qazaxıstan (36,3 faiz), Belarus (32,2 faiz), Özbəkistan (9,3 faiz), Azərbaycan (7,6 faiz) və Qırğızıstandır (3,9 faiz). Ötən il Rusiya Qazaxıstan, Belarus, Özbəkistan, Azərbaycan və Qırğızıstana çips ixracından müvafiq olaraq 68,2 milyon, 60,4 milyon, 17,5 milyon, 14,3 milyon və 7,2 milyon dollar gəlir əldə edib.

Ümumilikdə, 2022-ci il ərzində Rusiya dünya bazarına 187,6 milyon dollar dəyərində 44 min ton kartof çipsi tədarük edib ki, bu da bir il öncəki göstəriciləri həcm olaraq 0,9 faiz, dəyər baxımından isə 69,5 faiz üstələyib.

VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?