15 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İlin əvvəlindən Naxçıvanda ödəniş kartlarının sayı 10,5 faiz artıb

Bu ilin iyul ayının 1-nə Naxçıvan Muxtar Respublikasında dövriyyədə olan ödəniş kartlarının sayı 251 726 ədəd təşkil edib ki, bu da 2022-ci ilin eyni göstəricisi ilə müqayisədə 40 963 ədəd və ya 14 faiz azdır.

vergiler.az” Azərbaycan Mərkəzi Bankı Naxçıvan MR İdarəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin may ayına nisbətdə isə iyunda kartların sayında 1,1 faiz və ya 2810 ədəd artım müşahidə olunub.

Ümumilikdə ilin əvvəlindən Muxtar Respublikada dövriyyədə olan ödəniş kartların sayında 10,5 faiz və ya 23 879 ədəd artım qeydə alınıb. Qeyd edək ki, bu ilin yanvar ayının 1-nə kartların sayı 227 847 ədəd təşkil edib.

Bununla yanaşı Muxtar Respublikada iyul ayının 1-nə istifadədə olan POS-terminalların sayı 2 035 ədəd təşkil edib ki, bu da ötən ilin eyni göstəricisini 28 faiz (455 ədəd) üstələyir. Bu ilin ilk 6 ayında POS-terminalların sayında 14 faiz (250 ədəd) artım qeydə alınıb.

Cari ilin iyulun 1-nə Naxçıvan MR-də bankomatların sayı 134-ə, ödəniş terminalların sayı isə 236-ya çatdırılıb ki, bu da ilin əvvəlinə nisbətdə müvafiq olaraq 6,3 faiz və 20,4 faiz çoxdur.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?