24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Özbəkistan arasında energetika sahəsində əməkdaşlıq üzrə İşçi qrupun ilk iclası keçirilib

Daşkənddə Azərbaycan ilə Özbəkistan arasında energetika sahəsində əməkdaşlıq üzrə İşçi qrupunun ilk iclası keçirilib.

Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, iclasda ölkəmizin işğaldan azad edilmiş ərazilərində əməkdaşlıq, bərpa olunan enerji layihələrində Özbəkistan şirkətlərinin iştirakı, özəl investisiyalar hesabına yeni istilik elektrik stansiyalarının tikintisi, qarşılıqlı investisiyaların təşviqi, həmçinin iki ölkənin energetika nazirlikləri və “Uzbekneftegaz” ilə SOCAR arasında imzalanması nəzərdə tutulan saziş layihələri və digər məsələlər ətrafında müzakirələr aparılıb.

İşçi qrupunun iclasında Azərbaycan tərəfdən Energetika Nazirliyi, SOCAR, “Azərenerji” ASC, Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi və nazirliyin tabeliyində olan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələrindən ibarət heyət iştirak edib.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?