14 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Qırğızıstanın biznes subyektləri arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub

Bişkekdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev və Qırğızıstan Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti Temir Sariyev arasında görüş keçirilib.

Agentlikdən “vergiler.az”a verilən məlumata görə, görüşdə ölkələr arasında ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən tikinti, kənd təsərrüfatı, sənaye, nəqliyyat və logistika, eləcə də ixracda əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. Yeni təsis olunan Azərbaycan-Qırğız İnkişaf Fondunun ikitərəfli əlaqələrin inkişafına təkan veriləcəyi qeyd edilib.

Bununla yanaşı, görüşdə iki ölkənin biznes subyektləri arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib, iki qurum arasında təcrübə mübadiləsinin aparılması ilə bağlı razılıq əldə olunub.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?