6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq Standartlaşdırma Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Ölkənin milli standartlaşdırma qurumu AZSTAND Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) ilə əməkdaşlıq çərçivəsində İSO-nun Texniki Komitələrində həqiqi və müşahidəçi üzv statusunda iştirakını genişləndirir.

İnstitutdan “vergiler.az”a verilən məlumata görə, belə ki, AZSTAND ISO-nun standartlaşdırma üzrə 10 Texniki Komitəsinin (İnformasiya texnologiyaları, Süni intellekt, Zərgərlik və qiymətli metallar, Turizm və əlaqəli xidmətlər, Keyfiyyətin idarə edilməsi və keyfiyyət təminatı və s.) həqiqi üzvdür. İnstitutun mütəxəssisləri həqiqi üzv olduğu texniki komitələrdə beynəlxalq standartları ekspertiza edərək şərh və səs vermək hüququna malikdirlər.

Qeyd olunur ki, cari ildən ISO/TC 174 “Jewellery and precious metals” (Zinət əşyaları və qiymətli metallar) beynəlxalq texniki komitədə AZSTAND/TK 36 “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə milli güzgü komitəsi kimi fəaliyyətə başlayıb.

Eyni zamanda, İnstitut ISO-nun standartlaşdırma üzrə 21 Texniki Komitəsinin (Qida məhsulları, Enerji idarəetməsi və enerjiyə qənaət, Kimya, Ətraf Mühitin İdarə Edilməsi, Oyuncaqların təhlükəsizliyi, Risklərin idarə edilməsi və s.) müşahidəçi üzvüdür. Müşahidəçi üzv qismində AZSTAND-ın ekspertləri texniki komitələrdə beynəlxalq standartları ekspertiza edərək şərh verirlər.

İnstitut həmçinin ISO-nun Siyasət İnkişafı üzrə Komitələrinin (PDC) və İnkişaf etməkdə olan ölkələr üzrə komitənin (DEVCO - Committee on developing country matters) həqiqi, Uyğunluğun qiyməltəndirilməsi üzrə komitənin (CASCO - Committee on conformity assessment) və İstehlakçı siyasəti komitəsinin (COPOLCO - Committee on consumer policy) müşahidəçi üzvüdür. Bununla yanaşı AZSTAND nümayəndəsi ISO/DEVCO Sədrinin Mərkəzi Asiya və Avropa regionu üzrə Məsləhət Qrupuna (CAG) üzv seçilib.

ISO ilə əməkdaşlığın genişləndirilməsi və sahə üzrə beynəlxalq texniki komitələrdə mütəxəssislərimizin iştirakı beynəlxalq standartlaşdırma istiqamətində zəruri təcrübənin, müasir qlobal çağırışların, innovasiyalar və yeni texnoloji həllər haqqında məlumatların əldə edilməsinə, milli iqtisadiyyatımızın, xüsusilə də ölkəmizdə sənayenin inkişafına, eləcə də milli texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsinə imkan yaradır.

Azərbaycan Standartlaşdırma İnstitutu sahə üzrə beynəlxalq və regional təşkilatlarda ölkəmizin maraqlarını təmsil etmək istiqamətində tədbirlərini davam etdirəcək.

Qeyd edək ki, Beynəlxalq Standartlaşdırma Təşkilatı 1947-ci ildə yaradılan, müstəqil, beynəlxalq qeyri-dövlət və qeyri-kommersiya təşkilatıdır. Dünyanın 167 milli standartlaşdırma orqanı təşkilatda təmsil olunur. İSO-nun əsas funksiyası könüllü, konsensus əsaslı, bazar yönümlü beynəlxalq standartların işlənib hazırlanmasından ibarətdir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?