25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tatarıstan şirkətlərinin Azərbaycanda fəaliyyətlərinin genişləndirilməsi müzakirə olunub

Tatarıstan şirkətlərinin Azərbaycana biznes missiyası çərçivəsində Rusiya Federasiyasının Tatarıstan respublikasının sənaye və ticarət nazirinin müavini German Lernerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “vergiler.az”a verilən məlumata görə, nümayəndə heyəti "Ximqrad" Texnopolisi, eləcə də avtomobil, kimya sənayesi və aqrar texnologiyalar sahələrində fəaliyyət göstərən şirkətlər ilə təmsil olunub.

G.Lerner Tatarıstan və Azərbaycan arasında artan xətlə inkişaf edən iqtisadi-ticarət əlaqələrini qeyd edərək, müxtəlif formatlarda keçirilən görüşlərin və tədbirlərin biznes dairələr arasında əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verdiyini bildirib. O, Azərbaycanla birgə reallaşdırılan layihələri yüksək qiymətləndirib və ikitərəfli investisiya əməkdaşlığının geniş perspektivlər vəd etdiyini vurğulayıb.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycanın əlverişli biznes və investisiya mühiti, nəqliyyat-logistika potensialı, o cümlədən dəstək mexanizmləri barədə məlumat verib. Ölkədə ticarət və sahibkarlıq fəaliyyətinin qanunvericilik bazası üzrə ümumi məlumat nümayəndə həyətinin diqqətinə çatdırılıb, Tatarıstan şirkətlərinin Azərbaycanda fəaliyyətlərinin genişləndirilməsinə AZPROMO-nun dəstək göstərməyə hazır olduğu bildirilib.

Görüşdə nümayəndə heyətinin sualları cavablandırılıb, şirkət nümayəndələrini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?