31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AYİB-in dəstəyi ilə "Azərbaycan üzrə Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması" hesabatı hazırlanıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə "Advisian" məsləhətçi şirkət tərəfindən "Azərbaycan üzrə Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması" hesabatı hazırlanıb.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən “vergiler.az”a verilən məlumata görə, bazar araşdırmasının nəticələrində, yaşıl hidrogen istehsalının iqtisadi cəhətdən səmərəli olduğu qeyd olunub, eləcə də regional enerji bazarlarına (o cümlədən Avropa İttifaqına) ixrac edilməsi və daxili istehlakda tətbiq sahələri təklif olunub.

Hesabatda gələcək addımlar, daxili bazarda yaşıl hidrogenin istehlak edilə biləcəyi sahələr (enerji və sənaye), hidrogen istehsalının maya dəyəri (LCOH), ixrac marşrutları və digər məsələlər barədə məlumat verilib.

Hesabatda bildirilir ki, Azərbaycan böyük bərpa olunan enerji potensialına (quruda və dənizdə) və təbii qaz ehtiyatlarına malik olduğunu nəzərə alaraq aşağı karbonlu hidrogen iqtisadiyyatını inkişaf etdirmək üçün əlverişli mövqeyə malikdir. Bazar araşdırmasının nəticələrinə əsasən, maya dəyəri baxımından Azərbaycanda yaşıl hidrogen istehsalı regionun başqa ölkələri ilə bu istiqamətdə rəqabət apara bilər.

Hesabatın xülasəsi ilə bu linkdən tanış olmaq olar: https://u.to/KjvcHw

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?