30 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda ictimai məkanların düzgün layihələndirilməsi məsələləri müzakirə olunub

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın növbəti iclasında Bakı şəhərində ictimai məkanların yaradılması və onların düzgün layihələndirilməsi məsələləri müzakirəyə çıxarılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “vergiler.az”a verilən məlumata görə, son zamanlar bu məsələnin şəhər sakinlərini ciddi narahat etdiyi nəzərə alınaraq, bu istiqamətdə mövcud problemlərin həlli yolları müzakirə edilib.

Şura üzvləri sahəni tənzimləyən normativ bazanın təkmilləşdirilməsi, habelə müvafiq maarifləndirmə işlərinin aparılması və bu mövzunun geniş təbliğinin önəmliyini qeyd edərək öz tövsiyələrini veriblər.

Şuranın iclasına həmçinin paytaxtda abidə statusuna malik binaların mühafizəsi, qəzalı vəziyyətdə olan abidələrin bərpası məsələlərinə dair fikir mübadiləsi aparılıb, müvafiq təkliflər verilib.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?