24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Akkreditasiya Mərkəzi ilə SOCAR arasında Anlaşma Memorandumu imzalanıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, onun tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) və SOCAR-ın nümayəndə heyəti arasında görüş keçirilib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, görüşdə Dövlət Xidməti tərəfindən istehlakçıların tələbatının qabaqcıl ölkələr səviyyəsində təminatı üçün keyfiyyət infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Həmçinin uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya prosesi üzrə prioritet məsələlər müzakirə olunub. Bildirilib ki, ölkədə akkreditasiya sisteminin Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA), Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının (ILAC) tələblərinə uyğun təşkil edilməsi, akkreditasiya prosesinin sonunda veriləcək qərarların əsaslılığının təmin edilməsi üçün AzAK-a yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi zəruridir.

Görüşdə həmçinin SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin ölkənin neft-qaz və neft-kimya sənayesi sahəsində ixtisaslı kadrların hazırlanması üzrə keçirdiyi təlimlərin əhəmiyyəti də vurğulanıb.

Sonda AzAK və SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər elmi-texniki məsələlər üzrə birgə məsləhətləşmələr, təcrübə mübadiləsi, qarşılıqlı metodoloji yardımın göstərilməsi və yüksək ixtisaslı mütəxəssislərin akkreditasiya prosesinə cəlb edilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?