26 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Abşeron" qaz-kondensat yatağında ADNOC şirkətinin pay alışı ilə bağlı saziş imzalanıb

Prezident İlham Əliyevin “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə tapşırıqları rəhbər tutularaq xarici investorlarla fəal əməkdaşlıq aparılır. SOCAR, "TotalEnergies" və ADNOC arasında "Abşeron" qaz-kondensat yatağında ADNOC şirkətinin pay alışı ilə bağlı saziş imzalandı.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında yazıb: "Sənədə əsasən, ADNOC yataqda 30%, SOCAR və "TotalEnergies" şirkətlərinin hər biri isə 35% iştirak payına sahib olacaq. Layihə üçtərəfli əlaqələrin güclənməsinə, ölkəmizin etibarlı təbii enerji təchizatçısı kimi mövqeyinin möhkəmlənməsinə, bu sahədə hasilat potensialının və ixracın artırılmasına əhəmiyyətli töhfə verəcək", - nazir əlavə edib.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?