22 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi 19 faiz artıb

Bu ilin yanvar-iyul ayları ərzində Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 9,777 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çoxdur.

BFB-dən “vergiler.az”a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 27 faiz, korporativ qiymətli kağızların təkrar bazarı üzrə 39 faiz, repo əməliyyatları üzrə isə 61 faiz artım qeydə alınıb.

Ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı 9 dəfə artıb. 2023-cü ilin iyul ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 4,9 milyard manat təşkil edib və ötən ilin son ticarət günü ilə müqayisədə 20 faiz böyümə qeydə alınıb.

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?