19 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatına dair yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 939:2023 - “Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması.Termin və təriflər” dövlət standartı qəbul edilib.

İnstitutdan “vergiler.az”a verilən məlumata görə, respublikamızda heyvandarlığın inkişaf etdirilməsinin şərtlərindən biri də yüksək genetik məhsuldarlıq potensialı olan heyvanların sayının artırılması yolu ilə yeni təsərrüfatların formalaşdırılması və intensiv texnologiyalar əsasında heyvandarlıq məhsullarının istehsalının təmin edilməsidir.

Bu standart “ГОСТ 27775:2014” dövlətlərarası standartı əsasında hazırlanıb və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması sahəsində istifadə edilən anlayışların sistemli şəkildə təsviridir.

Yeni dövlət standartı “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsinin standartlaşdırılması üzrə” Texniki Komitədə (AZSTAND/TK 24) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?