27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

MDB ölkələrində investisiya cəlbediciliyinin artırılması müzakirə olunub

Sankt-Peterburq şəhərində “Paradnaya Assambleya” Beynəlxalq Antiböhran Konqresi keçirilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “vergiler.az”a verilən məlumata görə, iki gün davam edən konqresdə Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya və Tacikistanın dövlət orqanları, nazirliklər və müvafiq qurumların nümayəndələri iştirak ediblər. Tədbirdə iştirakçılar arasında antiböhran idarəetməsi sahəsində Rusiya və MDB ölkələrinin tendensiyalarını və qabaqcıl təcrübələrini ümumiləşdirmək üçün fikir mübadiləsi aparılıb.

Konqres çərçivəsində dövlət orqanları, ticarət və sənaye palataları, Anti-Böhran İdarəetmə Peşəkarlarının Milli İttifaqı, özünütənzimləmə təşkilatları, maliyyə şirkətləri və elektron ticarət platformalarının nümayəndələri və rəhbərləri, eləcə də hüquqşünaslar və arbitraj idarəçiləri çıxış ediblər. İştirakçılar müflisləşmə (iflas) və maliyyə sağlamlaşdırılması institutunun aktual problemlərini, MDB ölkələrində arbitraj idarəçilərinin hüquqi statusu və dövlətlərarası əməkdaşlıq imkanlarını, o cümlədən investisiya cəlbediciliyinin artırılması, mediasiya və digər məsələləri müzakirə ediblər.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?