25 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyə şirkətlərinin işğaldan azad olunmuş ərazilərə investisiya yatırımının artırılması müzakirə olunub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Türkiyə və Azərbaycan nümayəndə heyətləri arasında görüş keçirilib.

İqtisadiyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, görüşdə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Qəyyumlar Şurasının və İdarə Heyətinin sədri Aygün Attarın rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti 23 şirkət ilə təmsil olunub. Azərbaycan tərəfindən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin rəhbərliyi ilə AZPROMO, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, “AzerGold” QSC və ölkəmizin Türkiyədəki ticarət nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.

Tədbir çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin investisiya perspektivləri, Türkiyə şirkətləri tərəfindən bu ərazilərə investisiya qoyuluşlarının artırılması müzakirə olunub. Qarabağ və Şərqi Zəngəzurun investisiya potensialının səmərəli reallaşdırılması üçün yaradılan əlverişli investisiya mühiti, o cümlədən davam edən yenidənqurma və infrastruktur layihələri haqqında Türkiyə nümayəndə həyətinə məlumat verilib.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Qəyyumlar Şurasının və İdarə Heyətinin sədri Aygün Attar Türkiyə və Azərbaycan arasında çoxtərəfli iqtisadi-ticarət əməkdaşlığını qeyd edərək, sahibkarların iştirakı ilə müxtəlif formatlarda keçirilən görüşlərin bu əlaqələrin genişləndirilməsinə töhfə verdiyini bildirib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli diqqətə çatdırıb ki, Türkiyə şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdəki layihələrdə aktiv iştirak etməsi məmnunluq doğurur və hazırkı tendensiya uğurlu investisiya tərəfdaşlığının genişləndirilməsi üçün möhkəm zəmin yaradıb. Bu müstəvidə aparılan işləri yüksək qiymətləndirən nazir müavini hər iki ölkənin müvafiq dövlət və özəl qurumlarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Görüşdə investisiya əməkdaşlığı çərçivəsində reallaşdırıla biləcək imkanlara dair fikir mübadiləsi aparılıb, şirkət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?