19 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pirallahıda tikiləcək dərman zavodu 2026-cı ildə fəaliyyətə başlayacaq

Pirallahı Sənaye Parkında yeni dərman zavodunun tikintisi işlərinə bu ilin sentyabr ayının sonunda başlamaq nəzərdə tutulur.

Bunu ”Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkətinin İdarə Heyətinin sədri Abidin Gülmüş deyib.

Onun sözlərinə görə, zavodun 2026-cı ilin ortasında fəaliyyətə başlaması planlaşdırılır: “Bizə Pirallahı Sənaye Parkında böyük bir ərazi ayrılıb. Biz buranı bir kampus halına gətirmək istəyirik. Bu, bizim ən önəmli hədəfimizdir”.

A.Gülmüş bildirib ki, Pirallahı Sənaye Parkında müasir texnologiyalar əsasında dərman istehsalı zavodunun açılması Azərbaycan üçün olduqca əhəmiyyətli olacaq. Zavodda 42 ad altında müxtəlif doza və qablaşdırma olmaqla ümumi 100 növ məhsulun istehsalı nəzərdə tutulur: “Hazırda Türkiyədəki fabrikimizdən Azərbaycana mal ixrac edirik. Biz Azərbaycanda bu dərman vasitələrinə ehtiyac olduğunu gördük. Azərbaycan İnvestisiya Şirkəti ilə keçirdiyimiz görüşlər nəticəsində burada yeni dərman zavodunun açılmasına ehtiyacın olduğunu bir daha anladıq”.

A.Gülmüş deyib ki, zavod fəaliyyətə başladıqdan sonra Azərbaycanın burada istehsal ediləcək dərmanlara olan daxili tələbatı tam ödəniləcək və idxala ehtiyac qalmayacaq. O, Azərbaycanda istehsal ediləcək dərmanların xaricə ixrac ediləcəyini də açıqlayıb: “Bizim əsas məqsədimiz Azərbaycanın tələbatını ödəməkdir. Bundan sonra qalan məhsulları ixraca yönəltməyi planlaşdırırıq”.

A.Gülmüş vurğulayıb ki, son 5 ildə Azərbaycanda həyata keçirilən tədbirlər buradakı investisiya mühitini olduqca cəlbedici edib: “Azərbaycanda sənaye parklarının rezidentlərinə çox gözəl güzəştlər verilib. Biz bir iş adamı olaraq, bunları çox yüksək dəyərləndiririk. Buradakı imkanlar investorları özünə cəlb edir”.

Qeyd edək ki, iyulun 31-də Azərbaycan İnvestisiya Şirkəti, Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti və “SİA Pharmaceutical” MMC arasında Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun yaradılması üzrə Tərəfdaşlıq və Birgə İştirak Müqaviləsi imzalanıb. Ümumi dəyəri ilkin olaraq 35 milyon ABŞ dolları olan investisiya layihəsi üzrə ildə 35 milyon qutu dərman vasitəsi istehsal ediləcək və 100-dən artıq iş yeri yaradılacaq.

İlhamə İSABALAYEVA

VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər?