15 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tibbi avadanlıqlara dair yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən beynəlxalq standart əsasında AZS ISO 8536-12:2023 “Tibbi təyinatlı infuziya ləvazimatları —12-ci hissə: Birdəfəlik istifadə üçün əks klapanlar” dövlət standartı qəbul edilib.

İnstitutdan “vergiler.az”a verilən məlumata görə, dövlət standartı Azərbaycan Respublikasının Prezidenti tərəfindən ilin əvvəlində təsdiqlənən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələrək hazırlanıb.

Bu standart birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qravitasiya və təzyiq altında nəzərdə tutulan infuziya ləvazimatlarında istifadə edilən əks klapanların tələblərini müəyyən edir. Standart ölkə ərazisinə idxal və istehsal olunan infuziya ləvazimatlarının keyfiyyətinin artırılmasına, nəticədə insan sağlamlığına töhfə verəcək.

2017/745 saylı “Tibbi avadanlıqlar” reqlamentinin istinad standartı olan ISO 8536-12:2021 “Infusion equipment for medical use — Part 12: Check valves for single use”. standartının autentik tərcüməsi əsasında hazırlanan AZS ISO 8536-12:2023 “Tibbi təyinatlı infuziya ləvazimatları —12-ci hissə: Birdəfəlik istifadə üçün əks klapanlar” Dövlət Standartı İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir?