24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun növbəti iclası keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən "vergiler.az" verilən məlumata görə, rəis müavini Cəfər Babayevin rəhbərlik etdiyi İşçi qrupunun iclasında 2023-cü ilin Fəaliyyət Planı üzrə görülmüş işlər müzakirə edilib.

İclas zamanı Dünya Bankı tərəfindən təqdim olunan yeni “Business Ready” hesabatının müvafiq indikatorları üzrə cavablandırılmış sorğu vərəqələrinə və qiymətləndirmə nəticələrinə dair fikir mübadiləsi aparılıb.

Əlavə olaraq, inhisarçılıq fəaliyyətinin və haqsız rəqabət hallarının qarşısının alınması və aradan qaldırılması, reklam fəaliyyətinə dövlət nəzarəti istiqamətində həyata keçirilən tədbirlər vurğulanıb. Həmçinin Dövlət Xidmətinin əsas fəaliyyət istiqamətlərindən olan dövlət satınalmaları sahəsindəki nəzarət mexanizmləri və tənzimləmələrin səmərəlilik göstəriciləri qeyd olunub.

Qeyd: Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılıb.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?