15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Asiya İnfrastruktur İnvestisiya Bankı ilə müzakirələr aparılıb

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) vitse-prezidenti Konstantin Limitovski ilə görüşüb.

Nazirin birinci müavini Azərbaycanın 2016-cı ildən Banka əməkdaşlıq etdiyini və ölkəmizin bu tərəfdaşlığa önəm verdiyini bildirib. AİİB-in “yaşıl” və dayanıqlı gələcəyin təmin olunması istiqamətində fəaliyyətini, həmçinin üzv ölkələrə güclü iqtisadiyyat qurmaqda dəstəyinin əhəmiyyətini vurğulayıb. Elnur Əliyev Bankla Cənub Qaz dəhlizi layihəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yol infrastrukturu və digər nəqliyyat-tranzit və logistika layihələri çərçivəsində əməkdaşlığa dair fikirlərini bölüşüb.

AİİB-in investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovski təmsil etdiyi qurumun Asiya regionunda iqtisadi artımın stimullaşdırılması və infrastrukturun inkişafı istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb, Bankın Azərbaycanla səmərəli əməkdaşlığını qeyd edib, tərəfdaşlığın inkişafı imkanları barədə fikirlərini bölüşüb.

Görüşdə tərəflər arasında potensial əməkdaşlığın əsas istiqamətləri, AİİB-in Azərbaycanda gələcək fəaliyyət prioritetləri, o cümlədən “yaşıl enerji” və infrastrukturun inkişafı üzrə perspektiv layihələr haqqında müzakirələr aparılıb.

Qeyd: Baş ofisi Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən və nizamnamə kapitalı 100 milyard dollar olan Asiya İnfrastruktur İnvestisiya Bankı 2014-cü ildə yaradılıb və dünyanın 106 ölkəsindən səhmdarları mövcuddur. Ölkəmiz 24 iyun 2016-cı ildən Bankın üzvüdür. Bank əsasən Asiya regionunda iqtisadi artımın stimullaşdırılması və infrastruktura bağlı layihələrin maliyyələşdirilməsini həyata keçirir. Kənd təsərrüfatının və infrastrukturunun inkişafı, enerji təchizatı, ətraf mühitin mühafizəsi, nəqliyyat və telekommunikasiya, su təchizatı və kanalizasiya, şəhərsalma və logistik mərkəzlərin yaradılması Bankın fəaliyyətində prioritet istiqamətlərdir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?