15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Milli standartlaşdırma qurumu tərəfindən 37 yeni dövlət standartı qəbul edilib

Bu ilin yanvar-iyun ayları ərzində milli standartlaşdırma qurumu olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən 37 yeni dövlət standartı qəbul edilib.

İnstitutdan “vergiler.az”a verilən məlumata görə, normativ sənədlər müxtəlif sahələr üzrə ölkəyə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılması məqsədlərinə xidmət etməklə, elm və texnikanın nailiyyətlərinin, bilik, qabaqcıl təcrübə və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

Hesabat dövründə aqrar və qida sahəsi üzrə 12, ekologiya sahəsi üzrə 5, elektrotexnika və İKT sahələri üzrə 1, kosmetika sahəsi üzrə 3, neft və kimya sənayesi üzrə 3, ağır sənaye və maşınqayırma sahələri üzrə 3, tikinti materialları üzrə 4, qiymətli metallar və qiymətli daşlar üzrə 3, idarəetmə sistemləri sahəsi üzrə 1, təşkilati və metodoloji sahə üzrə 2 dövlət standartı qəbul edilib.
Bununla yanaşı 11 dövlət standartının dövrü yoxlanılması aparılıb və ya dəyişikliklər edilib.

Sahibkarların sifarişi əsasında 92 texniki şərtlər hazırlanıb, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?