17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AZSTAND-la Avropa Telekommunikasiya Standartlaşdırma İnstitutu arasında müqavilə imzalanıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Avropa Telekommunikasiya Standartlaşdırma İnstitutu (ETSl) arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, müqaviləyə əsasən, milli standartlaşdırma qurumu olan AZSTAND ölkə ərazisində ETSI standartlarının rəsmi nəşrlərini yaymaq hüququnu əldə edib.

ETSI standartlarının tətbiqi informasiya-kommunikasiya sahəsində qabaqcıl texnologiyalar, o cümlədən mobil rabitə, mobil radio və smart kart tipli sistemlərin tələblərinin formalaşmasına töhfə verəcək.

Qeyd edək ki, ETSI 1988-ci ildə Avropa Poçt və Telekommunikasiya Təşkilatı (CEPT) tərəfindən təsis edilib və rəsmi olaraq Avropa Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası (EFTA) tərəfindən tanınıb. Hazırda ETSI tərəfindən nəşr edilmiş standartların sayı 30.000-dən çoxdur.

ETSI-nin Avropa İttifaqı ölkələri də daxil olmaqla 65 ölkədən 900-dən çox üzvü var.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri