20 Sentyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Akılbek Japarov: “Azərbaycan-Qırğızıstan Fondu əməkdaşlığa yeni təkan verəcək”

Azərbaycan-Qırğızıstan Fondunun fəaliyyətə başlaması iki ölkə arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığına yeni təkan verəcək.

Bunu Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov Azərbaycan Baş nazirinin müavini Əli Əhmədovla görüşündə deyib.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə olunan razılaşmaları nəzərdən keçiriblər.

“Ötən il liderlərimizin qarşılıqlı səfərlərinin nəticələri ölkələrimiz arasında əməkdaşlığın dinamik inkişafı üçün zəruri zəmin yaratdı”, - A.Japarov bildirib.

O, həmçinin iki ölkənin Hökumətlərarası Komissiyasının iclaslarının əhəmiyyətini qeyd edərək, bu qarşılıqlı fəaliyyət formatının ölkələr arasında ticarət-iqtisadi, investisiya, mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi və təşviqi üçün səmərəli platforma olduğunu qeyd edib.

Bundan əlavə, Nazirlər Kabinetinin rəhbəri Bişkek və Bakı arasında birbaşa müntəzəm aviareyslərin açılmasına, investisiya və turizm sektorlarında əlaqələrin inkişafına xüsusi diqqət yetirib.

Öz növbəsində, Ə.Əhmədov ölkəmizin ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə layihələri dəstəkləməyə hazır olduğunu bildirib və yüksək səviyyəli səfərlərin yekunları üzrə əldə olunan razılaşmaların həyata keçirilməsi niyyətini təsdiqləyib.

VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiQeyri-rezidentə göstərilən xidmət ƏDV-yə cəlb olunurmu? VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiXaricə elektron kitab satışı üçün vergi öhdəlikləri